RU

Qazaxıstan aviaşirkəti BƏƏ-yə uçuşlara qoyulan qadağanın müddətini uzadıb

Astana, 18 mart, AZƏRTAC

Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti Aktau-Dubay-Aktau marşrutu üzrə uçuşların müvəqqəti dayandırılması müddətini aprelin 19-na qədər uzadır.

AZƏRTAC “FlyArystan”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, qərar Yaxın Şərqdə davam edən qeyri-sabit vəziyyət ilə əlaqədar verilib.

Aviaşirkət bundan əvvəl bu marşrut üzrə uçuşların martın 31-nə qədər müvəqqəti dayandırıldığını açıqlamışdı.

Ləğv edilmiş uçuşların sərnişinlərinə daha gec tarixə pulsuz yenidən bronlama və ya cərimə olmadan tam geri ödəmə təklif olunacaq.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
51
1
azertag.az

2Источники