RU

İraq Türkiyə üzərindən neft tranzitini bərpa edib

Ankara, 18 mart, AZƏRTAC

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkə ərazisindən İraq neftinin tədarükünün bərpa olunduğunu elan edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Energetika Nazirliyinin rəhbəri jurnalistlərə bildirib ki, qonşu dövlətdən ölkənin boru kəməri sisteminə gündə 250 min barelə qədər neft tədarükü planlaşdırılır.

“Kərkük-Yumurtalıq neft kəmərinin ötürmə qabiliyyəti 1,5 milyon barel təşkil edir. Biz bundan əvvəl də İraq nümayəndələrindən Hörmüz boğazının bağlanacağı təqdirdə nefti hara ixrac edəcəklərini soruşmuşduq. Hazırda Kərkükə uzanan boru kəmərinin Bəsrəyə qədər uzadılmasını təklif etmişdik”, - deyə nazir vurğulayıb. O bildirib ki, Türkiyə Hörmüz boğazı vasitəsilə neft və qaz tədarükündən asılı deyil və hazırda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemi yoxdur.

Onun sözlərinə görə, İraq və Səudiyyə Ərəbistanından xam neft idxalı Türkiyənin “qara qızıl” alışının yalnız 10 faizini təşkil edir. “Təbii qaz aspekti də var. Biz Qətərdən əhəmiyyətli həcmlərdə mayeləşdirilmiş təbii qaz idxal etmirik. Buna görə də enerji təchizatı baxımından heç bir çətinlik yaşamamışıq və yaşamayacağıq”, - deyə o qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
17
2
azertag.az

3Источники