RU

Tehranda yüksək vəzifəli şəxslərin və həlak olan hərbçilərin dəfn mərasimi keçirilir

Əli Laricani, “Bəsic” rəhbəri və Şri-Lanka yaxınlığında həlak olan dənizçilər son mənzilə yola salınır...

Poliqon xəbər verir ki, Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, yarımhərbi “Bəsic” qüvvələrinin rəhbəri Qulamreza Süleymani və Şri-Lanka yaxınlığında IRIS Dena gəmisində həlak olmuş dənizçilərin dəfn mərasimləri keçirilir.

Məlumata görə, mərasimdə dövlət rəsmiləri, hərbi nümayəndələr və çoxsaylı vətəndaşlar iştirak edir. Rəsmi çıxışlarda həlak olan şəxslərin “ölkənin təhlükəsizliyi və maraqları uğrunda xidmətləri” vurğulanır və onların xatirəsinin əbədiləşdiriləcəyi bildirilir.

Əli Laricani İranın siyasi sistemində mühüm fiqurlardan biri hesab olunurdu və onun ölümü ölkə daxilində geniş rezonans doğurub. Eyni zamanda, “Bəsic” qüvvələrinin rəhbəri Qulamreza Süleymaninin də həlak olması təhlükəsizlik strukturlarında ciddi itki kimi qiymətləndirilir.

IRIS Dena gəmisində həlak olan dənizçilərlə bağlı isə bildirilir ki, hadisə Şri-Lanka yaxınlığında baş verib və araşdırmalar davam etdirilir. Rəsmi mənbələr insidentin səbəbləri barədə hələlik ətraflı məlumat açıqlamayıb.

Analitiklər qeyd edirlər ki, bu cür itkilər fonunda keçirilən kütləvi dəfn mərasimləri həm ictimai birlik nümayiş etdirmək, həm də dövlətin mövqeyini gücləndirmək məqsədi daşıyır.

Poliqon.info

Избранный
84
poliqon.info

1Источники