Qadınlardan ibarət U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Farer adalarının müvafiq yaş qrupundan ibarət kollektivinə 1:6 hesabı ilə uduzub.
Yığmamızın yeganə qolunu 42-ci dəqiqədə Könül Hüseynova vurub.
Xatırladaq ki, U-17 millimiz daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) da uduzub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта