RU

Premyer Liqa nəhəngi köklü dəyişikliklər astanasında

“Mançester Yunayted” rəhbərliyi mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyə hazırlaşır.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” komandadan ayrılacaq Kasemironu əvəzləmək üçün iki yarımmüdafiəçi transfer etmək niyyətindədir.

Klub həmçinin Harri Maquayrla yeni müqavilə ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə, mərkəz müdafiəçisi cəlb etməyi də planlaşdırır.

Mançester təmsilçisinin transfer siyahısında “Nyukasl”ın üzvü Sandro Tonali ilə yanaşı, Premyer Liqanın digər klublarından Adam Uorton (“Kristal Pelas”), Elliot Anderson (“Nottinqem Forest”), Karlos Baleba (“Brayton”) və Aleks Skottun (“Bornmut”) adları yer alıb.

Qeyd edək ki, “Mançester Yunayted”in yay transfer pəncərəsində əsas hədəfi yarımmüdafiə xəttini gəncləşdirməkdir.

Избранный
5
3
msport.az

4Источники