RU

Norveçdən Ukraynaya növbəti maliyyə yardımı: 200 milyon dollar ayrıldı

Norveç Ukraynaya 200 milyon dollar məbləğində büdcə dəstəyi ayıracaq

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Norveç hökuməti Ukraynaya büdcə dəstəyi məqsədilə 200 milyon dollar (təxminən 340 milyon manat) həcmində maliyyə vəsaiti təqdim edəcək. Sözügedən yardım Dünya Bankının PEACE proqramı çərçivəsində həyata keçirilir.

Bu vəsaitin Ukrayna dövlətinin mühüm sosial öhdəliklərini yerinə yetirməsi, o cümlədən təhsil, səhiyyə və infrastruktur xərclərinin qarşılanması üçün istifadə edilməsi nəzərdə tutulub. Norveç tərəfi bu addımın Ukrayna iqtisadiyyatının sabitliyini qorumaq məqsədi daşıdığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
95
interpress.az

1Источники