RU

SEPAH-dan Körfəz ölkələrinə XƏBƏRDARLIQ: “Personalı dərhal təxliyə edin”

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi dövlətləri olan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə ciddi xəbərdarlıq ünvanlayıb. Bu addım bölgədəki hərbi gərginliyin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir.

NOCOMMENT.az xəbər verir ki, SEPAH-ın yaydığı rəsmi bəyanatda bu ölkələrin neft-kimya müəssisələrində çalışan personalın dərhal təxliyə olunması tələb edilib. Müraciətdə bildirilir ki, müəssisələrin boşaldılması təxirəsalınmaz xarakter daşıyır.

Bu xəbərdarlıq regionun enerji infrastrukturu üçün böyük təhdid kimi qiymətləndirilir. SEPAH-ın bu bəyanatından sonra dünya birjasında neftin qiymətində kəskin dəyişikliklərin olacağı gözlənilir.

Sara,
NOCOMMENT.az

Избранный
125
50
nocomment.az

10Источники