RU

Professor: Şəhərsalma siyasətində ekoloji tarazlığın qorunması prioritet məsələlərdən biri olmalıdır

Bakı, 18 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının keçirdiyi “Şəhərsalma və memarlıq həftəsi” çərçivəsində “Dayanıqlı şəhərlər: gələcəyin şəhərsalma perspektivləri” mövzusunda panel müzakirə olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, şəhərlərin planlı və dayanıqlı inkişafı yalnız memarlıq deyil, sosial, ekoloji və iqtisadi amillər baxımından da uzlaşdırılma tələb edir.

Panel müzakirədə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva şəhərsalma prosesinin sonrakı mərhələsində yaranan ekoloji problemlərə toxunub, müasir şəhərlərin qarşılaşdığı çağırışları diqqətə çatdırıb. O bildirib ki, şəhərsalma, sənayeləşmə və nəqliyyat vasitələrinin sayının artması ətraf mühitə mənfi təsir göstərir, havanın keyfiyyətinin pisləşməsinə, səs-küyün artmasına və iqlim dəyişikliklərinin sürətlənməsinə səbəb olur. Bu baxımdan o, şəhərsalma siyasətində ekoloji tarazlığın qorunmasının prioritet məsələlərdən biri kimi qəbul edilməli olduğunu vurğulayıb.

Digər çıxışlarda vurğulanıb ki, layihələrin icrası zamanı inklüzivlik prinsipi xüsusi diqqət mərkəzində saxlanılır və fərqli ehtiyaclara malik olan şəxslərin gündəlik həyatdakı imkanlarının artırılması prioritetlərdən biri kimi nəzərə alınır. Şəhərlər yalnız fiziki məkan deyil, insanların gündəlik həyatını, davranışlarını və sosial münasibətlərini formalaşdıran mühitdir. Düzgün planlaşdırılmış şəhər mühiti insanların psixoloji rifahına, sosial inteqrasiyasına və ümumi həyat keyfiyyətinə birbaşa təsir göstərir.

 

Избранный
81
azertag.az

1Источники