Rafael Leao nalayiq davranış və hərəkətinə görə özünü pis vəziyyətə salıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya mənbələri “Milan”ın onu transferə çıxaracağını xəbər verir. Buna portuqaliyalı futbolçunun baş məşqçiyə hörmətsizlik etməsi səbəb olub.
Xatırladaq ki, Rafael A seriyasının “Latsio” ilə oyununda (0:1) əvəzlənməsinə görə Massimiliano Alleqriyə narazılıq etmiş, onu sakitləşdirməyə çalışan qapıçı Mayk Menyanı itələmişdi.
Yerli mənbələr rəhbərliyin belə davranış və hərəkətinə görə Leaonu mövsümün sonunda transferə çıxaracağını iddia edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта