Qahirə, 18 mart, AZƏRTAC
Bir sıra ərəb dövlətində Ramazan bayramının tarixi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Küveyt, Bəhreyn və Qətərdə Fitr bayramının birinci günü martın 20-ə təsadüf edir. Martın 19-u Ramazan ayının sonuncu - 30-cu günüdür.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə