Pakistan hakimiyyəti Əfqanıstana qarşı həyata keçirilən hərbi əməliyyatları beş gün müddətinə dayandırmaq qərarı verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və teleradio yayımı naziri Attaulla Tarar "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Nazir bildirib ki, qərar müsəlmanların Ramazan bayramı - Fitr bayramı münasibətilə qəbul olunub. O əlavə edib ki, bu addım həm Pakistanın öz təşəbbüsü, həm də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi dost müsəlman ölkələrinin xahişi əsasında atılıb.
Məlumata görə, "Qəzəb lil-Həqq" əməliyyatı çərçivəsində terrorçulara və onların dəstək infrastrukturuna qarşı aparılan hərbi fəaliyyət 18-dən 19-na keçən gecədən başlayaraq, martın 23-dən 24-nə keçən gecəyədək dayandırılacaq.