Polşada məktəblərdə mobil telefonlar qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşanın təhsil naziri Barbara Novatskaya məlumat yayıb.
Olştında çıxış edən nazir bildirib ki, qurum payızın sonuna qədər hazır olacaq “milli gənclər strategiyası” üzərində işləri yekunlaşdırır. Lakin onun sözlərinə görə, bəzi tədbirlərin, xüsusilə məktəblərdə “rəqəmsal gigiyena” sahəsindəki islahatların dərhal tətbiq edilməsi tələb olunur.
Bu çərçivədə qəbul edilən ən mühüm qərarlardan biri 1 sentyabr 2026-cı il tarixdən etibarən ibtidai məktəblərdə mobil telefonlardan istifadənin qanunvericiliklə qadağan edilməsidir. Şagirdlər dərslər zamanı smartfonlardan istifadə edə bilməyəcəklər. İstisna yalnız tədris prosesində zərurət yarandıqda və müəllimin xüsusi icazəsi olduqda mümkün olacaq.
Xuraman Etibarlı
İnterpress.az