RU

Türkiyəli futbolçu bundesliqada son 5 həftədə 4-cü dəfə rəmzi heyətə düşdü

Bu mövsüm ''Hoffenhaym''da diqqətçəkən performans sərgiləyən Ozan Kabak adından söz etdirməkdə davam edir. Türkiyəli mərkəz müdafiəçisi son turda ''Volfsburq''la ev oyununda (1:1) 90 dəqiqə meydanda oldu. Bundesliqanın rəsmi saytında fanatlar arasında keçirilən səsvermədə o, turun rəmzi yığmasına düşməyi bacarıb. Ən maraqlısı odu ki, Ozan bunu son 5 turda artıq 4-cü dəfə bacarıb! Bu ay Türkiyə yığmasına dəvət alacağı gözlənilən 25 yaşlı futbolçu bu mövsüm bundesliqada iştirak etdiyi 17 qarşılaşmada 4 qol vurub. ''Qalatasaray''ın yetirməsi olan və 2022-dən ''Hoffenhaym''ın şərəfini qoruyan Kabak böyük ehtimalla bu yay klubunu dəyişəcək. Çünki onun ''Hoffenhaym''la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Избранный
49
1
football-plus.az

2Источники