RU

İllər ötür, amma o həmin Zeynəbdir...

Azərbaycanın ən uzunömürlü müğənnilərindən biri də Xalq artisti Zeynəb Xanlarovadır. Həyat ona qarşı vəfasızlıq etməsə, Zeynəb xanım bu il 90 yaşını qeyd edəcək. Metbuat.az xəbər verir ki, Zeynəb Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub, O, Azərbaycan musiqi tarixinin ən görkəmli simalarından biri sayılır. Həm klassik opera, həm də xalq və estrada janrlarında sevilən ifaların müəllifi olan Zeynəb Xanlarova ölkəmizin musiqi mədəniyyətinin inkişafına böyük töhfələr verib. Zeynəb xanım 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Onun repertuarında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” kimi operalardakı baş rollar, muğamlar (“Şahnaz”, “Bayati Şiraz”) və unudulmaz mahnılar yer alır. Xanlarova xalq musiqisi ilə yanaşı bəstəkar mahnılarını və müxtəlif dillərdə ifalarını təqdim edib. Zeynəb Xanlarova uzun illər ərzində həm sənətçi, həm də ictimai xadim kimi böyük hörmət qazanıb və bir neçə dövlət mükafatına layiq görülüb. Korifey sənətkar yaşının irəliləməsinə baxmayaraq, qatıldığı mötəbər məclislərdə canlı ifaları ilə tamaşaçıların alqışını toplayır. 11 may 2024-cü ildə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış konsertində ifa etdiyi “Yaşa, Azərbaycan!” mahnısı bunun sübutudur.

Zeynəb Xanlarovanın 28 sentyabr 2025-ci ildə nəvəsinin toyunda da canlı ifa etdiyi bildirilir.

Избранный
125
14
metbuat.az

10Источники