RU

Qeyri-adi KAMPANİYA: Arıqlayanlara itirdikləri hər kiloqram üçün MAL ƏTİ VERİLİR

Çində pəhriz saxlayanlara itirdikləri bədən çəkilərinin hər kiloqramını mal əti ilə “dəyişdirmək” imkanı təklif olunur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinin Tszyansu əyalətində artıq çəki ilə mübarizə məqsədilə unikal bir layihəyə start verilib.

“Mal əti qarşılığında artıq ət” proqramı çərçivəsində sakinlərə itirdikləri hər 0,5 kq çəki üçün mükafat olaraq mal əti məhsulları, o cümlədən dil və quyruq təklif olunur.

Usi şəhərinin Şanbey icması tərəfindən martın 9-dan etibarən sosial şəbəkələrdə başladılan bu yaradıcı kampaniya böyük marağa səbəb olub və artıq 2400-dən çox insan iştirak üçün müraciət edib.

Şərtlərə əsasən, proqrama yalnız regionda sosial sığortası olan və bədən kütlə indeksi (BKI) 23-dən yuxarı olan şəxslər qoşula bilər.

Qeyd edək ki, normal BKI göstəricisi 18,5 ilə 24,9 arası hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
100
interpress.az

1Источники