RU

Əfqanıstan Pakistanla bağlı qərar verdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əfqanıstan Pakistanla hərbi əməliyyatları müsəlmanların müqəddəs bayramı olan “İd əl-Fitr” münasibətilə müvəqqəti dayandırdığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin ali rəhbərinin sözçüsü Zabiullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstan İslam Əmirliyinin təhlükəsizlik və müdafiə qüvvələri “Rədd əz-Zülm” adlı müdafiə əməliyyatını bayramın başlanması ilə əlaqədar olaraq dayandırır.

Mücahid bu qərarın Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər kimi vasitəçi ölkələrin müraciətləri əsasında qəbul edildiyini bildirib.

O əlavə edib ki, Əfqanıstan İslam Əmirliyi adıçəkilən ölkələrin xoş niyyətini və konstruktiv səylərini yüksək qiymətləndirir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
105
globalinfo.az

1Источники