RU

Braziliyada İNANILMAZ FUTBOL HADİSƏSİ: Topa toxunmadan 18-ci saniyədə QOL VURDULAR – VİDEO

Braziliyada inanılmaz futbol hadisəsi: Topa toxunmadan 18-ci saniyədə qol vurdular

İnterpress.az xəbər verir ki, bu barədə xarici idman mətbuatı məlumat yayıb.

Braziliyada keçirilən futbol matçlarından birində dünya futbol tarixində nadir rast gəlinən hadisə qeydə alınıb. Komandalardan biri oyunun cəmi 18-ci saniyəsində hesabda önə keçməyi bacarıb. Maraqlısı odur ki, qol vuran tərəfin oyunçuları matç başlanandan bəri topa bir dəfə də olsun toxunmayıblar.

Hadisə rəqib komandanın oyunçusunun mərkəzdən topu oyuna daxil etdikdən sonra öz qapıçılarına ötürmə vermək istəyərkən topu birbaşa öz qapılarına göndərməsi (avtoqol) nəticəsində baş verib. Beləliklə, bir komanda heç bir toxunuş etmədən oyunun debütündəcə üstünlük qazanıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
124
interpress.az

1Источники