RU

Telefonunuzda bu tətbiq varsa, dərhal silin

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Mütəxəssislər mobil telefon istifadəçilərinə ciddi xəbərdarlıq ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “TechNews” məlumat yayıb. Araşdırmalara görə, bəzi tətbiqlər istifadəçilərin şəxsi məlumatlarını gizli şəkildə toplayaraq üçüncü tərəflərə ötürə bilər.

Məlumata əsasən, xüsusilə üç növ tətbiq daha riskli hesab olunur. Birinci qrup “gizli izləyici” funksiyası daşıyan proqramlardır. Bu tətbiqlər istifadəçinin yerləşdiyi məkan, gündəlik fəaliyyəti və digər şəxsi məlumatlarını arxa planda izləyərək toplayır.

İkinci kateqoriyaya telefonun performansını zəiflədən proqramlar daxildir. Belə tətbiqlər cihazın sürətini azaldır, batareyanın tez tükənməsinə səbəb olur və istifadəçiyə çox sayda reklam göstərir.

Üçüncü qrup isə “təmizləyici” və ya “sürətləndirici” kimi təqdim olunan proqramlardır. Mütəxəssislər bildirir ki, bu cür tətbiqlər əksər hallarda faydasızdır və telefona əlavə risk yarada bilər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
globalinfo.az

1Источники