İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanı Marko Campaolo çalışdıracaq. 58 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Kremoneze" İtaliya A seriyasında 29 turdan sonra 24 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.