RU

ABŞ-də kommersiya neft ehtiyatları 6,16 milyon barel artıb

Bakı. Trend:

ABŞ-də kommersiya neft ehtiyatları son həftə ərzində 6,16 milyonbarel artım göstərib.

Trend xəbər verirki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi ehtiyatların həcmi 449,3 milyon bareləçatıb və bu göstərici 2024-cü ilin iyun ayından bəri ən yüksəksəviyyədir.

Eyni zamanda, benzin ehtiyatları 5,44 milyon barel, distilləedilmiş yanacaq ehtiyatları isə 2,53 milyon barel azalıb.

Qeyd edək ki, analitiklər neft ehtiyatlarının cəmi 400 min barelartacağını, yanacaq ehtiyatlarında isə daha mülayim azalmanın qeydəalınacağını proqnozlaşdırırdılar.

Избранный
82
az.trend.az

1Источники