RU

ABŞ kəşfiyyatının sabiq rəsmisi: İsrailin İrana qarşı müharibədə məqsədləri fərqlidir

BAKI, 19 mart. TELEQRAF

ABŞ-nin Milli Kəşfiyyat aparatında terrorizmlə mübarizə mərkəzinin sabiq rəhbəri Co Kent İsrailin İrana qarşı hərbi əməliyyatlarda ABŞ-dən fərqli məqsədlər güddüyünü bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

Kent qeyd edib ki, ABŞ hərbi və kəşfiyyat dairələrində İsraillə məqsədlərin üst-üstə düşmədiyi fikri üstünlük təşkil edir.

Onun sözlərinə görə, Vaşinqton rejim dəyişikliyindən yayınmağa çalışdığı halda, İsrail İranın mövcud rəhbərliyini tamamilə aradan qaldırmağa çalışır.

Sabiq rəsmi bildirib ki, İsrail üçün İranda xaosun yaranması mənfi hal kimi qiymətləndirilməyə bilər, lakin bu vəziyyət ABŞ, qlobal enerji bazarları, eləcə də Fars körfəzi ərəb ölkələri və Avropada miqrasiya baxımından ciddi problemlər yarada bilər.

Избранный
137
34
teleqraf.com

10Источники