RU

London birjasında "Brent" markalı neftin bareli 112 dollara qədər bahalaşıb

2026-cı ilin may ayında tədarük ediləcək "Brent" markalı neftin qiyməti Londonun ICE birjasında keçirilən hərraclar zamanı 2025-ci il martın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 112 dollar həddinə çatıb.

"Report" xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübit edir.

Bakı vaxtı ilə saat 04:46-ya olan məlumata əsasən, xammalın qiyməti 8,21 faiz artım nümayiş etdirərək bir barel üçün 112 dollar səviyyəsində qərarlaşıb.

Bakı vaxtı ilə 04:50-yə doğru yüksəliş dinamikası bir qədər zəifləyib və enerji daşıyıcısının qiyməti bir barel üçün 111,84 dollar (+8,06) təşkil edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "neft bazarındakı qısamüddətli axsamaları yumşaltmaq" məqsədilə "Cons Qanunu"nun qüvvəsinin 60 gün müddətinə müvəqqəti dayandırılması haqqında qərar imzalayıb.

"Cons Qanunu" tələb edir ki, ABŞ limanları arasında hərəkət edən istənilən yüklər yalnız Amerika istehsalı olan, milli bayraq altında üzən və ölkə vətəndaşlarından ibarət heyətə malik gəmilərlə çatdırılmalıdır.

Избранный
102
1
far.az

3Источники