RU

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir

Bakı, 19 mart, AZƏRTAC

“30 ildən sonra nəhayət Xocavəndə qayıdıram. Bu torpaqlardan ayrı düşdüyüm günlər hələ də yadımdadır. İllərlə həsrətini çəkdiyim yurdumu yenidən görmək mənim üçün böyük sevincdir. Uşaqlığımın keçdiyi yerlərə qayıtmaq, ata-baba ocağını yenidən görmək qəlbimi həm kövrəldir, həm də qürur hissi ilə doldurur. Bu günü görəcəyimə ümid edirdim və şükürlər olsun ki, o gün gəlib çatdı”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xocavənd şəhərindən olan keçmiş məcburi köçkün Zahid Əliyev səsləndirib.

Sakin vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Dağıdılmış yaşayış məntəqələri və mədəni irs nümunələri bərpa olunur, bölgəyə yeni həyat qayıdır. O, bundan sonrakı həyatını doğulub böyüdüyü Xocavənddə davam etdirmək niyyətində olduğunu və ailəsi ilə birlikdə köç etdiyini bildirib.

Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmiz mühüm tarixi nailiyyət əldə edərək öz ərazi bütövlüyünü bərpa edib. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk”, – deyə o qeyd edib.

Zahid Əliyev torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgərlərinə minnətdarlığını ifadə edib, yaralı hərbçilərə şəfa, şəhidlərimizə rəhmət diləyib. O əlavə edib ki, I Qarabağ müharibəsi qazisidir.

Избранный
57
3
azertag.az

4Источники