RU

Zirə autsayderin qonağıdır

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk qarşılaşması Yevlaxda baş tutacaq. "Karvan-Yevlax" "doğma divarlar" arasında "Zirə"ni qonaq edir. Hər iki komanda üçün bu matçın əhəmiyyəti böyükdür. Meydan sahibləri elitada qalmaq uğrunda mübarizə aparır və hər qazanılan xal və ya xallar onlar üçün qızıldan qiymətlidir. Qonaqlar isə yayda ölkəmizi avrokuboklarda təmsil etmək istəyir. Dünən "Araz-Naxçıvan"ın qələbə qazanması Rəşad Sadıqovun komandasının Yevlaxdan 3 xalla dönməyə məcbur edir. Əks halda "qartallar" milli fasiləsinə 5-ci pillədə yollanacaq.

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXV tur

15:00. "Karvan-Yevlax" - "Zirə"

 Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq BəkirovVAR: Cavid CəlilovAVAR: Müslüm ƏliyevHakim-inspektor: Şahin CəfərovAFFA nümayəndəsi: Mübariz HüseynovYevlax. Şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
sport24.az

1Источники