RU

Caninin ölüm hökmü yeni qaydada icra ediləcək

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Ədliyyə Departamenti hökumət sənədlərinə istinad edərək, ölüm hökmünün icrasını tənzimləyən qaydalara dəyişikliklərin təşəbbüskarı olub.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, təklif olunan düzəliş ABŞ Cinayət Məcəlləsinin 28-ci fəslinin 154-cü maddəsinin tətbiqinə aiddir. Bu qayda ölüm hökmündə olan məhbusların sürətləndirilmiş federal yoxlama prosedurunu müəyyən edir.

Departament qeyd edib ki, mövcud sistem ştat məhkəmələri yekunlaşdıqdan sonra belə federal instansiyalarda illərlə davam etməyə imkan verir. Ədliyyə Nazirliyinin məlumatına görə, bu, yekun qərarların icrasında xeyli ləngimələrə səbəb olur.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
reyting.az

1Источники