RU

İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş rəhbəri Co Kent İsrailin Vaşinqtonun xarici siyasətinə təsirini artırmasının Amerika cəmiyyətinin maraqlarına uyğun olmadığını bildirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, xarici siyasət qərarlarının formalaşdırılmasında əsas rolu müttəfiqə ötürmək ABŞ-ın milli maraqlarına zidd nəticələrə səbəb ola bilər.

Kent əvvəllər İrana qarşı hərbi əməliyyata qarşı çıxdığını əsas gətirərək vəzifəsindən getmək niyyətində olduğunu açıqlamışdı. O, ABŞ-ın münaqişəyə cəlb edilməsi qərarının yalan məlumatlara əsaslandığına inanır.

Jurnalist Taker Karlsonla müsahibəsində keçmiş məmur qeyd edib ki, İsrail ilə əməkdaşlıq vacib olaraq qalır, lakin iki ölkənin məqsədləri üst-üstə düşmür.

O, həmçinin İsrail rəsmilərinin açıqlamaları ilə Amerika kəşfiyyatının məlumatları arasında uyğunsuzluqların olduğunu bildirib.

Избранный
66
34
publika.az

10Источники