RU

“Fənərbaxça”nın istədiyi Levandovski seçimini etdi

“Barselona”nın futbolçusu Robert Levandovski klubda qalmaq istəyir. Metbuat.az xəbər verir ki, MLS və Səudiyyə Ərəbistanı Pro Liqasından cəlbedici təkliflərə baxmayaraq, polşalı futbolçunun İspaniya nəhəngində qalmağa üstünlük verdiyi irəli sürülür. Hücumçunun prioriteti Barselonadakı həyata uyğunlaşan ailəsinin sabitliyidir. Məlumata görə, futbolçunun “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Bildirilir ki, Levandovski klubda qalmaq üçün məvacibi azaltmağa razılıq verib.

Qeyd edək ki, Robert Levandovskinin adı “Fənərbaxça” ilə də hallanmışdı.

Избранный
53
metbuat.az

1Источники