RU

Xəzərdə vurulan İran gəmilərinin görüntüləri YAYILDI - VİDEO

Bəndər-Ənzəli limanı yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinə məxsus, "Nasr" və "Nur" gəmiəleyhinə raketləri ilə təchiz edilmiş "Sina" sinfinə aid ən azı beş gəmi məhv edilib.

Musavat.com xəbər verir ki, hücumun "F-35I Adir" qırıcılarından atılan qanadlı raketlər və ya "Hermes 900" pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi ehtimal olunur.

Bu əməliyyat Tehranın Rusiya ilə əsas logistik marşrutunu ciddi şəkildə iflic edir. Belə ki, Volqa çayı vasitəsilə daşınan dron və raketlərin təhlükəsizliyi artıq böyük sual altındadır.

İlkin məlumatlara görə, İranın dənizdəki itkiləri 200-dən çox dənizçini əhatə edir və ölkənin Xəzər donanması faktiki olaraq fəaliyyətsiz vəziyyətə düşüb.

Musavat.com

 

Избранный
35
2
musavat.com

3Источники