RU

“İsrail İranın neft yatağına hucumunu bizə deməyib, xəbərimiz olmayıb” –TRAMP

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın Cənubi Pars qaz yatağına hücumu ilə bağlı artan gərginlik fonunda sərt bəyanat verib. O, Vaşinqtonun İsrailin hərəkətlərindən əvvəlcədən xəbərdar olmadığını və heç bir əlaqəsi olmadığını iddia edib.

Azpost.info bildirir ki, Tramp sözlərinə görə, ABŞ-ın İsrailin İranın Pars neft yatağına hucuma hazırlığı barədə əvvəlcədən xəbərdar edilməyib və bu hucumda iştirak etməyib.

O, həmçinin İranın sonrakı hərəkətlərini həddindən artıq reaksiya kimi qiymətləndirib. Tehran hadisədən tam xəbərdar olmadan Qətərin qaz infrastrukturuna zərbə endirib.

İsrailin hərəkətlərinə gəldikdə Tramp qeyd edib ki, Cənubi Parsa zərbə yatağın yalnız nisbətən kiçik bir hissəsinə təsir edib. Eyni zamanda, o, daha da eskalasiya riski barədə xəbərdarlıq edib.

O, İranın Qətərin mayeləşdirilmiş təbii qaz qurğularına yenidən hücum etmək qərarına gələcəyi təqdirdə ABŞ-ın Cənubi Parsa genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bildirib.

Tramp əlavə edib ki, hadisələrin belə inkişafını istəmir. Lakin o, təkrar hücum olarsa, “bunu etməkdən çəkinməyəcəyini” vurğulayıb.

AzPost.az

Избранный
32
1
azpost.info

2Источники