19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, komanda martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək. B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva (25 mart, saat 20:00) və Şimali İrlandiyanın (28 mat, saat 17:00) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Millimizin heyəti isə belədir:
| 1 | Məhdi Həsənov | Neftçi |
| 2 | Rauf Əyyubov | Sabah |
| 3 | Həzrət Səmədov | Sabah |
| 4 | Murad Qurbanov | Zirə |
| 5 | Məhəmmədəli Məmmədov | Turan Tovuz |
| 6 | Tuncay Əhmədov | Sabah |
| 7 | Tunar Muradov | Turan Tovuz |
| 8 | Əhməd Vəliyev | Qarabağ |
| 9 | Nadir Nəsibli | MOİK |
| 10 | İlkin Həzizadə | Sumqayıt |
| 11 | Əli Qazibəyov | Qarabağ |
| 12 | Abdulaziz Cabbarlı | Qarabağ |
| 13 | İbrahim Babayev | Barselona |
| 14 | Nurlan Zeynallı | Sumqayıt |
| 15 | Vusal Kərimov | Neftçi |
| 16 | Nicat Məhərrəmov | Neftçi |
| 17 | Əli Əliyev | Qarabağ |
| 18 | İslam Həsənov | Qrafiçar (Serbiya) |
| 19 | Əli İbrahim | Qarabağ |
| 20 | Nicat Nərimanov | Brommapojkarna İF (İsveç) |