RU

Xankəndidə bayram yarmarkası təşkil olunub FOTO

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Martın 19-da Xankəndi şəhərində Novruz bayramı münasibətilə bayram yarmarkası fəaliyyətə başlayıb.

Bu barədə APA-nın Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada yerli sahibkarlar tərəfindən müxtəlif növ məhsulların satışı həyata keçirilir.

Bu gündən fəaliyyətə başlayan yarmarka martın 24-dək davam edəcək.

Tədbir çərçivəsində uşaqlar və gənclər üçün əyləncəli proqramlar da nəzərdə tutulub ki, bu da bayram ovqatını daha da artırır.

Qeyd edilib ki, martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə geniş konsert proqramı və atəşfəşanlıq da təşkil ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
112
11
apa.az

10Источники