RU

Rövşən Məmmədov V “Yüksəliş müsabiqəsi” qalibi ilə görüşüb - FOTO

"Azərbaycan Televiziyası və Radio Verilişləri QSC"-nin sədri Rövşən Məmmədov Mentorluq Proqramı çərçivəsində V "Yüksəliş müsabiqəsi"-nin qalibi Numrəddin Hüseynov ilə görüş keçirib.

Milli.Az xəbər verir ki, görüş zamanı Mentorluq Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və iştirakçıların fərdi inkişaf istiqamətində gördükləri işlər müzakirə olunub.

Eyni zamanda, nitq mədəniyyətinin və düzgün danışıq bacarıqlarının inkişafı, eləcə də marketinq sahəsində irəli sürülən təklif və təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində peşəkar inkişafın davam etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Избранный
57
6
milli.az

7Источники