RU

Cek Falkone ƏFSANƏSİ: Artıq çəki sayəsində Qambino ailəsinə sızan CASUS

Artıq çəki FTB agenti üçün uğurlu karyera vasitəsinə çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

FTB agenti Xoakin “Cek” Qarsiyanın həddindən artıq çəkisi onun italyan mafiyasına sızmasında həlledici rol oynayıb.

Gizli fəaliyyət zamanı özünə “Cek Falkone” adını götürən agent, məhz fiziki görünüşü sayəsində təxminən üç il ərzində məşhur Qambino cinayət ailəsinin etibarını qazana bilib.

Əməliyyatın ən qızğın vaxtında çəkisi 225 kiloqrama (təxminən 382 funt) çatan Qarsiya cinayətkarlar üçün tamamilə təhlükəsiz və zərərsiz bir obraz yaradıb. Bu amil mafiya üzvlərinin onu öz aralarına asanlıqla qəbul etməsinə səbəb olub.

O, qruplaşmanın kapitanlarından biri Qreq Depalmanın şəxsi sürücüsü və etibarlı şəxsini çevrilib.

Maraqlısı odur ki, iri cüssəli olduğu üçün agenti heç vaxt təhlükəli fiziki tapşırıqlara göndərməyiblər, əvəzində bütün ciddi məsələlərin müzakirə olunduğu təmtəraqlı ziyafətlərə dəvət ediblər.

Onun yaratdığı obraz o qədər inandırıcı olub ki, hətta ona ailənin rəsmi üzvü olmaq təklif edilib.

Nəticədə, bu uzunmüddətli əməliyyat 30-dan çox nüfuzlu mafiozun həbsi ilə başa çatıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
34
interpress.az

1Источники