RU

Şamaxı nın legioneri Premyer Liqa klublarının diqqət mərkəzindədir

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şamaxı” və Tanzaniya millisinin futbolçusu Alfons Msanqa yeni mövsümə Azərbaycan Premyer Liqasında fərqli komandada başlaya bilər. 

Sportal.az saytına verilən məlumata görə, tanzaniyalı futbolçunun bu mövsüm göstərdiyi performansdan sonra Premyer Liqamızda mübarizə aparan bir neçə klubun maraq dairəsinə düşüb. 

Onun xidmətində iddialı klublar maraqlıdır. Bu arada, “Şamaxı”nın özü də Msanqa ilə müqavilə müddətini artırmaq fikrində qətidir. Onlar futbolçusuna yeni müqavilə təklif edəcək.

Lakin Tanzaniya millisinin üzvünün yeni mövsümə hansı komandada başlayacağı hələ ki dəqiq deyil. Onun “Şamaxı” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

22 yaşlı futbolçu “Allians”(Tanzaniya), “Spartak Subotiça”, “Novi Sad”(Serbiya) klublarında çıxış edib.

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
2
sportal.az

3Источники