RU

Rusiya “kölgə donanması”nı qorumağın yolunu tapıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya “kölgə donanması”nın müdafiəsini gücləndirmək və ticarət gəmilərini qorumaq üçün dəniz karvanları təşkil etməyi planlaşdırır.

Reyting.az xəbər verir ki, bunu prezident Vladimir Putinin köməkçisi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, gəmilərin göyərtəsində qoruyucu vasitələr yerləşdirməyi və Rusiya bayrağı altında üzən gəmilər üçün silahlı müşayiət qrupları yaratmağı da düşünürlər.

O qeyd edib ki, Rusiya xaricdən gələn gəmilərin yoxlanılması da daxil olmaqla, gəmiçiliyin qorunması üçün hərtərəfli təhlükəsizlik tədbirlərinə malikdir.

Patruşev həmçinin bildirib ki, Kreml ABŞ prezidenti Donald Tramp tərəfindən fevral ayında dərc edilmiş “Amerikanın Dənizçilik Fəaliyyət Planı”nı hərtərəfli öyrənib və orada Rusiyanın qarşıdan gələn gəmiqayırma qanunvericiliyində əks olunacaq bir neçə konsepsiya var.

Patruşev sonda əlavə edib: “Avropa ölkələrindən yeni dəniz təhdidləri yaranarsa, əlavə tədbirlər görüləcək”.

ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
reyting.az

1Источники