Azərbaycan hərbi polisinin nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində hər iki ölkənin hərbi polislərinin əməkdaşlığı müzakirə olunub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edib.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və Regional Hərbi Polis Bölməsinin inzibati binalarını ziyarət edib, hərbi polis strukturlarının təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.
Həmçinin Bolqarıstan hərbi polisinin sülh və müharibə dövründə üzərinə düşən vəzifələr, NATO çərçivəsində yerinə yetirdiyi fəaliyyətlər barədə təqdimatlar verilib.