RU

Zöhrəvi xəstəliyi olduğunu bilə bilə başqasına yoluxduran şəxsləri hansı cəza gözləyir?

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması cinayət məsuliyyəti yaradır”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Esmira Rzayeva məlumat verib.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, özündə zöhrəvi xəstəlik olduğunu bilə-bilə başqa şəxsə yoluxduran şəxs cinayət məsuliyyətinə cəlb olunur:

“Belə ki, həmin əmələ görə şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Eyni əməllər iki və ya daha çox şəxsə qarşı törədildikdə və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı baş verdikdə isə cəza daha ağır olur. Bu halda təqsirli şəxs dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər”.

Vəkil Esmira Rzayeva qeyd edib ki, belə halların qarşısının alınması üçün vətəndaşlar sağlamlıqları ilə bağlı məsuliyyətli davranmalı və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamalıdırlar.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
101
icma.az

1Источники