RU

İngiltərə nəhəngi "Real Madrid"in ulduzunu aparır - 150 milyona

İngiltərə millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem karyerasını vətənində davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb. 

Mənbənin məlumatına görə, "Mançester Yunayted" ulduz yarımmüdafiəçi ilə müqavilə imzalamaqda maraqlıdır. "Qırmızı şeytanlar" 22 yaşlı ingilisin potensial transferi üçün 150 milyon avroya qədər xərcləməyə hazırdır. İngiltərə nəhənginin mövsümün sonunda heyətinə cəlb etməyə çalışdığı futbolçunun keçidi ilə bağlı yaxında danışıqlara rəsmən başlayacağı bildirilir.

Bellingem 2023-cü ilin yayından bəri "Kral klubu"nda oynayır. Onun "Real"la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədərdir. 

Yarımmüdafiəçi bu mövsüm La Liqada 18 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
45
1
fanat.az

2Источники