-İlk növbədə avtomobilin texniki sazlığını yoxlayın;
-Mümkün qədər günün erkən saatlarında yola çıxın;
-Sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin;
-ötmə və manevr qaydalarına uyğun davranın;
-sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
-Avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun.
Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Ona görə də yollarda daha diqqətli və məsuliyyətli davranaq, xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edək.
Bayramlarınız mübarək!