RU

Alman nazir: Hücumla İranda hakimiyyət dəyişikliyi etmək mümkün deyil

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

İrana hücum etməklə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil.

Ölkə.az xəbər verir ki, bunu  Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

 “Belə bir hərbi hücumun nəzarətli rejim dəyişikliyinə səbəb olacağı gözlənilə bilməz. Oxşar hərbi əməliyyatlar nə İraqda, nə də Liviyada nəzarətli rejim dəyişikliyinə gətirib çıxarmayıb ki, bu ölkələrdə sonradan qanunun aliliyinə əsaslanan azad, demokratik bir struktur yaransın”, - Vadeful bu fikri ABŞ və İsrailin hücumu nəticəsində İranda rejim dəyişikliyinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, xarici hərbi təsir nəticəsində hakimiyyət dəyişikliyinin mümkünsüzlüyünün qəbul edilməsi İran ətrafındakı vəziyyətin ayıq təhlilinə uyğundur.

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
1
olke.az

2Источники