RU

Ceydon Sanço pulu seçəcək, karyeranı?

Dortmund "Borussiya"sı sabiq futbolçusu Ceydon Sançonu geri qaytarmaq üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb. 

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "arılar"ın rəhbərliyi Sançonun təmsilçiləri ilə əlaqə saxlayıb.

MY-də həftəyə 250 min funt-sterlinq qazanan vinger Bundesliqa komandasına keçmək üçün bu məbləğin yarıdan çoxundan imtina etməli ola bilər.

Sanço 2017-2021-ci illərdə "Borussiya"da parlaq oyunla (50 qol) yadda qalıb və 73 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olunub. Amma "qırmızı şeytanlar"ın heyətində ümidləri doğrultmayan 25 yaşlı oyunçu hazırda icarə əsasında "Aston Villa"da top qovur. Onun Mançester klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatsa da, klubun anlaşmanı daha bir il uzatmaq variantı var.

Toğrul

Избранный
74
1
fanat.az

2Источники