RU

Azərbaycan ilə İtaliya arasında birgə layihələr regionda sabitliyi təmin edir

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasında birgə infrastruktur və enerji layihələri regionda uzunmüddətli sabitliyin təməlini yaradır.

İtalyan ekspert Domeniko Letisiya bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son bölümündə bildirib.

O, İtaliyanın Avropa ilə Xəzər regionu arasında körpü rolunu oynadığını, bu ərazilərdə enerji resurslarının və malların səmərəli axınını təmin etdiyini bildirib. Bu kontekstdə yeni nəqliyyat marşrutları, eləcə də sualtı elektrik xətlərinin çəkilməsi layihələri mühüm rol oynayır.

Ekspert qeyd edib ki, bu cür təşəbbüslər Xəzər regionunun resurslarını, o cümlədən yaşıl enerjini Avropa enerji sisteminə birbaşa inteqrasiya etməyə imkan verir. O hesab edir ki, birgə layihələrin inkişafı təkcə iqtisadi artıma deyil, həm də ölkələr arasında davamlı əlaqələrin formalaşmasına töhfə verir. Ekspert, həmçinin vacib infrastruktur üzərində birgə işin dövlətlərin qarşılıqlı asılılığını gücləndirdiyini və bunun da uzunmüddətli sülh, sabitlik və genişlənmiş beynəlxalq əməkdaşlıq üçün möhkəm təməl yaratdığını vurğulayıb.

 
Müəllif: Tamilla Məmmədova
Избранный
73
1
azertag.az

2Источники