RU

Taksilərdə fərqli qiymətlər Hansı ölkədə nə qədərdir?

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyanın bir çox şəhərlərindəki taksi xidməti qiymətləri ilə bağlı infoqrafika dərc olunub.

Reyting.az xəbər verir ki, ən bahalı taksi xidməti İsveçrədədir. Sürix şəhərində 5 kilometrlik qısa bir səfər orta hesabla 23,5 ABŞ dolları, Osloda 19,8 dollar, Kopenhagendə 17,1 dollar, Stokholmda isə 15 dollardır.

Ən ucuz taksi xidməti Pakistanın Kəraçişəhərindədir - 0,5 dollar. Misirin paytaxt şəhəri Qahirədə də taksi xidməti ucuzdur -0,8 dollardan başlayır. Vyetnamın Hoşimin şəhəri də 1,1 dollar qiymətlə ucuz şəhərlər sırasındadır.

Rusiya ilə bağlı təqdim olunmuş statistika böyük maraq doğurur. Belə məlum olur ki, bu ölkənin paytaxtı Moskva şəhərində taksi xidmətindən istifadə - qısa səfər orta hesabla sifarişçiyə cəmi 4,7 dollara başa gəlir. Təxminən bu cür qiymətlər SanTiyaqo və İstanbul şəhərlərinə də şamil olunur.

Ümumiyyətlə, qiymətlər ənənəvi taksilər üçün hesablanıb və infoqrafikada dünyaca məşhur "Uber" kimi taksi xidməti tətbiqləri nəzərə alınmayıb.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
reyting.az

1Источники