RU

İlham Əliyev qanun imzaladı

Cinayət və Cinayət-Prosessual Məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişikliklər təsdiq olunub.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.

Sənədə əsasən, qanunun qəbulunun əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili hüquq sisteminə tam inteqrasiya etməkdir.

Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Bu, smartfonlardan tutmuş bulud infrastrukturuna qədər bütün müasir vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsini təmin edir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilib.

Избранный
98
3
publika.az

4Источники