RU

Rumıniya Azərbaycandan neft idxalını cüzi azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rumıniya 2026-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 140 milyon 707 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 286 min 281 ton təşkil edib.

Rumıniyanın idxal etdiyi neftin dəyəri 2025-cü ilin ilk 2 ayına nisbətdə 23 milyon 265 min dollar və ya 14,2% artıb, miqdarı isə 257 ton və ya 0,08% azalıb.

Qeyd edək ki, yanvar-fevral aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (2,4 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
61
1
banco.az

2Источники