RU

Prezident İlham Əliyevin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Artıq altı ildir ki, Novruz tonqalları azad Qarabağımızda vəŞərqi Zəngəzurumuzda alovlandırılır. Dövlət başçısı İlham Əliyevinvə Birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci il tarixindəFüzuli və Cəbrayıl rayonları və şəhərlərinə səfərləri ilə başlananbərpa-quruculuq işlərinin miqyası bu gün sakinlərinə qovuşanünvanların sayında, həmçinin Böyük Qayıdış Proqramının birincimərhələsi üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nailolunmasında özünün aydın ifadəsini tapır. Təkcə cari ilin ötəndövründə keçmiş məcburi köçkünlərin bu torpaqlara mərhələ-mərhələqayıdışı ilə bərabər, yeni ünvanlar - Xankəndi və Xocavəndşəhərləri də sakinlərinə qovuşdu. Ümumilikdə, bu gün 9 şəhər,onlarla kənd bu sevinci yaşayır. Son altı ildə dövlət başçısı İlhamƏliyev və Birinci xanım Mehriban Əliyeva Novruz tonqalını azadedilmiş ərazilərimizdə alovlandırırlar.

Bu il Novruz tonqalının ünvanı Xocavənd rayonunun Xanoba kəndioldu. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevamartın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin vəinfrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular, bukəndə qayıdan sakinlərlə görüşdülər və onlarla birlikdə Novruztonqalını alovlandırdılar. 2021-ci ildə Şuşada, 2022-ci ildəSuqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndişəhərində, 2025-ci ildə isə Ağdərə rayonunun Həsənriz kəndindəNovruz tonqalını yandıran Prezident İlham Əliyev bu məkanlardanbugünümüzə və gələcəyimizə hədəflənən çağırışları səsləndirdi. Bugün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixiZəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpaedilməsindən, bu qələbələrin yaratdığı reallıqlar əsasında işğaldanazad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuqişlərindən, soydaşlarımızın Böyük Qayıdışından qürur hissi keçirir.Birlik, həmrəylik bayramı olan Novruzu doğma yurd-yuvalarında qeydedən soydaşlarımız ikiqat sevinc yaşayırlar. Dövlət başçısı İlhamƏliyevin və Birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonununXanoba kəndinin sakinləri ilə görüşündə də dövlət başçımız buməqamları xüsusi vurğuladı ki, həm Ramazan, həm Novruz bayramlarınıburada - doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Bu, böyükxoşbəxtlikdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlhamƏliyev doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşündə hər zaman30 illik işğal, 44 günlük İkinci Qarabağ, bir günlük antiterrortədbirlərinin həyata keçirildiyi, həmçinin postmünaqişə dövrününreallıqlarından geniş bəhs edir, diqqəti azad edilmiştorpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərinəyönəldir:

"Xanoba kənd sakinləri ilə görüşündə “Doğrudan da böyükxoşbəxtlikdir. Artıq iki ildir ki, bu diyar işğalçılardan azadolunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azadedilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evləryenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlıZəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncıildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsindəQarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq.Bu, böyük xoşbəxtlikdir” söyləyərək onu da əlavə etdi ki, biz özmilli qürurumuzu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşmənitorpaqlarımızdan qovduq. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində bugün bu torpaqlardayıq və bu torpaqların əsl sahibləriyik. ÇünkiErmənistan buranı viran qoymuşdu. Bütün kənd, qəsəbə, şəhər,hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, ammaindi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündəidi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında,Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdəidi. Hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda vəŞərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır.Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər BöyükQayıdış Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar.

Qeyd edək ki, hədəf Böyük Qayıdış Proqramının birincimərhələsinin başa çatacağı cari ilin sonunadək 140 min soydaşımızınbu torpaqlara qayıdışını təmin etməkdir. Bu günün statistikasıhədəfə yüksək səviyyədə nail olacağımıza əsas verir. O da məlumdurki, qeyd olunan dövr üçün səkkiz şəhərin sakinlərinə qovuşmasıplanlaşdırılmışdır ki, hazırda bu rəqəm 9-dur. Ölkəmizin iqtisadivə maliyyə imkanları, həmçinin torpaqlarımıza tezliklə qayıdışsevincimiz bərpa-quruculuq işlərinin sürətini daha da artırır.Ümumilikdə azad edilən ərazilərin bərpası, milli iqtisadiyyatasürətli inteqrasiyası, dayanıqlı inkişafın təmin olunması, orada ənmüasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpasıvə layiqli yaşayış şəraitinin yaradılması istiqamətindəgenişmiqyaslı tədbirlər həyata keçirilməsi hazırkı dövrün əsashədəflərindəndir. Bu çərçivədə icra olunan layihələr həminərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinəçevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayır. Bu günLaçın, Şuşa, Xankəndi, Ağdam, Zəngilan və digər azad edilmişərazilərimiz beynəlxalq tədbirlər üçün ideal məkandır. Butorpaqlarımız dünyaya Azərbaycanın təkmil şəhərsalma təcrübəsinitəqdim edirlər. Ağdamda, Zəngilanda və Xankəndidə keçirilənAzərbaycan Milli Şəhərsalma forumları Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyasına gedən yolun başlanğıcı kimidəyərləndirilir".

Vüqar Rəhimzadə vurğulayıb ki, azad edilmiş ərazilərimizdətəkmil idarəçilik sisteminin yaradılması da bərpa-quruculuqişlərində əhəmiyyətli rol oynayır: "Belə ki, bu torpaqlarındirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərininsürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının,qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətiningücləndirilməsi mühüm rol oynayır. Habelə idarəetmədə çevikliyin vəsəmərəliliyin artırılması məqsədilə Prezident İlham Əliyevin"İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndələri haqqında" Fərmanına uyğun olaraqbu ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib.Prezidentin xüsusi nümayəndəlikləri görülən işlər barədə ətraflıməlumat verirlər. Dövlət başçısı İlham Əliyev və Birinci xanımMehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərinvə infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkənməlumat üçün bildirildi ki, Xanoba kəndi Xocavənd rayonununeyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometrcənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayışməntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana,tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd AzərbaycanSilahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterrorəməliyyatı nəticəsində işğaldan azad edilib. Kənddə mövcud fərdievlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismənyararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır.Bu ilin sonunadək daha 106 ev hazır olacaq. Bir neçə gün əvvəlilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilinoktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər -441 ailə qayıdıb".

Millət vəkili bildirib ki, azad edilmiş ərazilərimizdə aparılanbərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələlərdən birisoydaşlarımızın məşğulluğunun təmin edilməsidir: "TarixiZəfərimizdən sonra rayonların iqtisadi bölgüsünün yenidənaparılması, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafadair Milli Prioritetlər”in təsdiqlənməsi hər bir bölgənin malikolduğu potensialdan Azərbaycanın dayanıqlı inkişafının təminedilməsi, əhalinin məşğulluq probleminin həlli üçün səmərəliistifadəyə geniş imkanlar açır. Bu torpaqlarda ənənəvi kəndtəsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur.Dövlət başçısı İlham Əliyev Xanoba kənd sakinləri ilə görüşündə birdaha bildirdi ki, artıq sülh, əmin-amanlıq, təhlükəsizlikşəraitində xoşbəxt yaşayın. İndi qurub-yaratmaq dövrüdür. Ona görəkənddə də bütün şərait var, məşğulluqla bağlı da imkanlar var. Özələkin sahələri, örüş sahələri, su var. Kurort havası var, kurortdayaşayırsınız. Layiqsiniz. İndi havanın fərqini görürsünüz. Hava, suinsanın sağlamlığı üçün əsas şərtlərdən biridir. İndi biz bu doğmaQarabağ torpağında əbədi yaşayacağıq. Biz gəlməli idik və gəldik,qalib xalq kimi qayıtdıq. Dövlət başçısı İlham Əliyevin sosialmedia hesablarında Novruz bayramı ilə bağlı video paylaşımında dabu fikirlər qeyd edilir ki, mən altıncı ildir ki, Novruz bayramınıQarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra dabütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalınıda Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".

Məqalədə:
Избранный
59
7
az.trend.az

8Источники