Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.
Bu barədə Moderator.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, marşrut üzrə 15 yeni "İsuzu" markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,6 manat müəyyən edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.