RU

Qazaxıstan və Gürcüstan Orta Dəhliz üzrə layihələri müzakirə ediblər

Astana, 19 mart, AZƏRTAC

Qazaxıstan və Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə logistika infrastrukturu layihələrini müzakirə ediblər.

AZƏRTAC Qazaxıstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Qazaxıstan XİN-in İnvestisiya Komitəsinin sədri Qabidulla Ospankulov ilə Gürcüstanın bu ölkədəki səfiri Levan Diasamidze arasında keçirilən görüşdə müvafiq məsələlər nəzərdən keçirilib.

Tərəflər aqrar-sənaye kompleksi, logistika və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini, həmçinin qarşılıqlı iştirak yolu ilə əməkdaşlığın genişləndirilməsi də daxil olmaqla iqtisadi-ticari və investisiya əlaqələrinin inkişaf imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, Orta Dəhliz kimi də tanınan TBNM Çin və Avropa ölkələrini Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
40
1
azertag.az

2Источники