RU

Avtomobil AŞDI: 3 nəfər xəsarət aldı

Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədova İlahə, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Əhmədova Əfiqə, Saatlı rayon sakini, 1999-cuil təvəllüdlü Ağayev Miryəhya müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(report)

Избранный
86
6
Ajans.az

7Источники