RU

Bu il Azərbaycanda pullu xidmətlərə nə qədər pul xərclənib? RƏQƏMLƏR

Olke.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 milyard 534,2 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,9% artım deməkdir.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumatlara görə, dövlət sektorunun pullu xidmətlərdə payı 566,7 milyon manat (artım 10,5%), özəl sektorun payı isə 1 milyard 967,5 milyon manat (artım 8,4%) təşkil edib.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 1 milyard 938,4 milyon manat (ümumi xidmətlərin 76,5%-i) dəyərində xidmət göstəriblər, fiziki şəxslər isə 595,8 milyon manat dəyərində xidmət göstəriblər.

Yanvar-fevral aylarında ölkə sakininin hər biri orta hesabla 246,9 manata müxtəlif pullu xidmətlərdən istifadə edib ki, bu da nominal olaraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,6 manat çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
56
1
olke.az

2Источники